Bakı. Trend:
Rusiya İndoneziyaya Su-35 qırıcılarının tədarükü haqqında danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin baş direktor müavini Mixail Petuxov deyib.
O, RİA Novosti-yə açıqlamasında müqavilənin imzalanma tarixi və mümkün dəyəri haqqında məlumat verməyib: "Danışıqlar gedir. Müddət və dəyər barədə danışmaq hələ tezdir".
Bundan əvvəl dəyəri 1,1 milyard dollar olan 11 qırıcı təyyarənin alışı ilə bağlı müqavilənin bu ay Cakartada imzalanacağı deyilirdi.