Bakı. Trend:
Dəməşdə terrorçular tərəfindən atılan mərmi Rusiya səfirliyinə düşüb.
Trend-in məlumatına görə, diplomatlar arasında xəsarət alan olmayıb.
Rusiya XİN-nin yaydığı məlumatda bildirilir ki, 122 mm-lik mina binanın divarını, elektrik xətti və su təchizatı sistemini zədələyib.