...

Zimbabvenin yeni prezidenti and içmək üçün paytaxta gəlib

Dünya xəbərləri Materials 24 Noyabr 2017 12:53 (UTC +04:00)
Zimbabvenin keçmiş vitse-prezidneti Mnanqaqva ölkə paytaxtı Harareyə gəlib.
Zimbabvenin yeni prezidenti and içmək üçün paytaxta gəlib

Bakı. Trend:

Zimbabvenin keçmiş vitse-prezidneti Emmerson Mnanqaqva ölkə paytaxtı Harareyə gəlib. Trend-in məlumatına görə, yaxın saatlarda onun paytaxt stadionunda prezident olaraq andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, əvvəlki prezident Robert Muqabe onu vəzifəsindən kənarlaşdırmışdı.

Xatırladaq ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına almışdılar. Növbəti gün isə Muqabe və onun xanımı Qreys saxlanılmışdı. Muqabe daha öncə seçkilərin keçirilməsini tələb etsə də, sonra istefa verməyə razılaşıb.

Xəbər lenti

Xəbər lenti