...

Batumidə mehmanxanada baş verən yanğında ölənlərin vətəndaşlığı məlum olub (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 25 Noyabr 2017 06:17 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında baş verən yanğın nəticəsində ğlənlərin vətəndaşlığı məlum olub
Batumidə mehmanxanada baş verən yanğında ölənlərin vətəndaşlığı məlum olub (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 23:13-də yayılıb)

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında baş verən yanğın nəticəsində ğlənlərin vətəndaşlığı məlum olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölənlərdən 10-u Gürcüstan vətəndaşı 1-i isə İran vətəndaşıdır.

Xəsarət alan 21 nəfərin isə 12-si Gürcüstan vətəndaşı, biri İsrail vətəndaşı, 5-i isə Türkiyə vətəndaşıdır.

XXX

03:37

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralananlardan 3-ü evinə buraxılıb, digər 18-nin isə müalicəsi davam etdirilir. Batumi klinikalarında olan 18 vətəndaşın həyatı üçün təhlükə yoxdur.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Şərq Tərəfdaşlığı" sammiti başa çatdıqdan sonra Batumiyə gəlib. G.Kvirikaşvili hadisə yerində vəziyyətlə tanış olub

XXX

23:34

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Trend-in "İterfaxa" istinadən verdiyi məlumata görə, Acarıstan muxtar respublikasının səhiyyə naziri Zaal Mikeladze bildirib ki, yanğın nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlar Gürcüstan və Türkiyə vətədaşlarıdır.

XXX

23:13

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Trend-in "İterfaxa" istinadən verdiyi məlumata görə, şəhərin Laşa Komaxidze bidirib ki, yanğın nəticəsində 3 nəfər həlak olub. Bəzi KİV-lərin məlumatına əsasən isə 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Hadisə yerində 10 yanğınsöndürən briqadası və 60 xilasedici işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti