...

Somalidə partlayış zamanı jurnalist həyatını itirib

Dünya xəbərləri Materials 12 Dekabr 2017 01:33 (UTC +04:00)

Bakı. Trend:

Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib.

Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.

Qaabonun ailə üzvlərinin sözlərinə görə, hadisədən sonra o, xəstəxanaya çatdırılıb, lakin jurnalist orada ölüb. Qaabou ilin əvvəlindən Somalidə ölən sayca 5-ci jurnalistdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti