Bakı. Trend:
İsrail aviasiyası Qəzza Zolağında yerləşən HƏMAS mövqelərinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
"HHQ İsrailin Aşkelon şəhəri istiqamətində atılan raketə cavab olaraq HƏMAS-ın hərbi düşərgəsinə zərbə endirib", - deyə press-relizdə bildirilir.