...

Səudiyyə Ərəbistanı İƏT-in Qüdslə bağlı sammitində ali səviyyədə iştirak etmir

Dünya xəbərləri Materials 13 Dekabr 2017 12:04 (UTC +04:00)
Səudiyyə Ərəbistanı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında ali səviyyədə iştirak etmir.
Səudiyyə Ərəbistanı İƏT-in Qüdslə bağlı sammitində ali səviyyədə iştirak etmir

Bakı. Trend:

Səudiyyə Ərəbistanı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında ali səviyyədə iştirak etmir.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, Krallığı sammitdə İƏT işləri üzrə nazir təmsil edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti