Bakı. Trend:
İsrail hərbçiləri Qəzza sektorunda və İordan çayının qərb sahilində ən azı 29 fələstinlini saxlayıb.
Trend-in məlumatına görə, iki ayrı reyd bazar ertəsinə keçən gecə aparılıb.
Əməliyyatlarda İsrail Ordusu, polis və sərhəd xidməti iştirak edib.
Saxlanılanlar terrorçularla əlaqədə şübhəli bilinirlər.
Qəzza sektorunun Səhiyyə Nazirliyi ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıdığını elan etdiyi gündən İsrail ordusu ilə yaşanan qarşıdurmalar zamanı 13 fələstinlinin həlak olduğunu bildirib.