...

Ermənistanda qatil hərbçi həbs olunub

Dünya xəbərləri Materials 27 Dekabr 2017 18:11 (UTC +04:00)
Ermənistanda hərbi hissələrin birində müqavilə əsasında xidmət göstərən hərbçi həbs edilib
Ermənistanda qatil hərbçi həbs olunub

Bakı. Trend:

Ermənistanda hərbi hissələrin birində müqavilə əsasında xidmət göstərən hərbçi həbs edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hərbçi taksi sürücüsünün qətlində ittiham olunur.

Qeyd olunur ki, hərbçi taksi sürücüsünü zorakılıqla qətlə yetirdikdən sonra onun pullarını və mobil telefonunu aparıb, meyiti isə yaxınlıqdakı kanala atıb.

Bir neçə ay davam etmiş axtarışlardan sonra hərbçi həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti