...

Sankt-Peterburqda marketdəki partlayış nəticəsində yaralıların sayı artıb

Dünya xəbərləri Materials 28 Dekabr 2017 09:56 (UTC +04:00)
Bundan əvvəl 10 nəfərin yaralandığı bildirilirdi.
Sankt-Peterburqda marketdəki partlayış nəticəsində yaralıların sayı artıb

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində, Kondratyev prospektindəki supermarketdə baş vermiş partlayış nəticəsində yaralıların sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan 8 nəfəri hələ xəstəxanadadır. Onlardan 5 nəfərin vəziyyəti orta, 3-nün isə qənaətbəşxdir.

Bundan əvvəl 10 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti