Bakı. Trend:
Hindistanda qar uçqunu nəticəsində 11 nəfər həlak olub.
Trend-in "Hindustan Times"a istinadən verdiyi məlumata əsasən, hadisə Cammu və Kəşmir ştatında baş verib.
Qeyd olunur ki, ölənlər arasnda uşaq da var. Uçqun altında insanların axtarışını polis, ordu və yerli sakinlər aparıb. İki nəfərin həyatını xilas etmək mümkün olub.