Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyata başlayıb.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində vilayətin 69 kəndində komendant saatı elan olunub.
Bundan əvvəl Batman və Şırnak vilayətlərində də PKK-ya qarşı əməliyyat çərçivəsində komendant saatı elan edilmişdi.
Digər vilayətlərdə əməliyyatların aparılacağı istinsa olunmur.