...

Dəməşqin tarixi mərkəzi atəşə tutuldu

Dünya xəbərləri Materials 9 Yanvar 2018 18:20 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın paytaxtı Dəməşqin tarixi mərkəzi minaatanlardan atəşə tutulub.

Trend-in məlumatına görə, Bab-Tuma rayonunun atəşə tutulması nəticəsində iki nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti