Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şərqində Muş vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb.
Daha 20 nəfərin müxtəlif dərəcəli ağır xəsarətlər aldığı bildirilib. Xəsarət alanların hamsının Türkiyə vətəndaşları olduğu qeyd olunur.
Avtobusun aşmasının səbəbləri məlum deyil.
Qeyd edək ki, son ildə Türkiyədə yol-nəqliyyat hadisələrində təxminən 42 min adam dünyasını dəyişib.