...

Türkiyə əhalisinin sayı 80 milyonu keçdi, 20 faiz əhali İstanbulda yaşayır - STATİSTİKA

Dünya xəbərləri Materials 1 Fevral 2018 13:52 (UTC +04:00)
2017-ci ilin yekununa əsasən Türkiyə əhalisinin sayı 80 810 525 nəfərdir.
Türkiyə əhalisinin sayı 80 milyonu keçdi, 20 faiz əhali İstanbulda yaşayır - STATİSTİKA

Bakı. Rufiz Hafizoğlu - Trend:

2017-ci ilin yekununa əsasən, Türkiyə əhalisinin sayı 80 810 525 nəfər olub.

Trend-in məlumatına görə, Türkiyə Statistika İnstitutu bu göstəricinin 2016-cı ilin yekunu ilə müqayisədə 995 654 nəfər çox olduğunu qeyd edib.

Ötən ilin yekununa əsasən, ölkədə kişilərin sayı 40 535 135 (əhalinin 50,2%-i), qadınların sayı isə 40 275 390 nəfər (49,8%) təşkil edir.

Əhalinin 18,6 faizinin, yəni 15 029 231 nəfərin isə İstanbulda yaşadığı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti