...

Alimlər meyvə şirəsinin təhlükəsi barədə danışdı

Dünya xəbərləri Materials 18 Fevral 2018 23:14 (UTC +04:00)
Meyvə şirələrini ac qarnına içmək bağırsaq mikroflorasına mənfi təsir göstərir
Alimlər meyvə şirəsinin təhlükəsi barədə danışdı

Bakı. Trend:

Meyvə şirələrini ac qarnına içmək bağırsaq mikroflorasına mənfi təsir göstərir.

Trend-in məlumatına görə, bu qənaətə Priston Universitetinin tərkibində olan Lyuis Siqlerin İnteqrativ Genomika İnstitunun alimləri gəliblər.

Mütəxəssislər təcrübələr zamanı siçanlara acqarına meyvə sokları və şirələri veriblər. Məlum olub ki, bu vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir və onlar birbaşa yoğun bağırsağa düşür və karbohidratlarla bacara bilməyən mikroorqanizmlərə ciddi ziyan vurur. Bu, həm paketlənmiş, həm də yeni çəkilmiş şirələrə aiddir.

Alimlər qeyd edirlər ki, meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur.

Tədqiqatçılar şirələrdən az miqdarda və yalnız qida qəbulundan sonra istifadə etməyi məsləhət görürlər.

Xəbər lenti

Xəbər lenti