...

Afrində terrorçulardan azad edilən məntəqələrinin sayı 100-ə çatdı

Dünya xəbərləri Materials 23 Fevral 2018 14:05 (UTC +04:00)
Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 100-ə çatıb.
Afrində terrorçulardan azad edilən məntəqələrinin sayı 100-ə çatdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 100-ə çatıb.

Trend-in məlumatına görə, bu gün Afrində daha 5 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı isə 1873 nəfərə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti