Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşqdə xəstəxana silahlılar tərəfindən raket atəşinə tutulub.
Trend-in məlumatına görə, şəhərin Bağdad küçəsində yerləşən xəstəxananın cərrahiyyə şöbəsinin binası raket atəşinə məruz qalıb.
Nəticədə binaya ciddi şəkildə ziyan dəyib. Ölü və yaralılar barədə məlumat yoxdu.