...

Tbilisinin böyük əşya bazarında yanğın olub

Dünya xəbərləri Materials 27 Fevral 2018 03:35 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisinin böyük əşya bazarında yanğın olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "İmedi" teleşirkəti məlumat yayıb.

Hazırda yanğının səbəbləri məlum deyil. Yanğının söndürülməsinə 35 yanğınsöndürmə briqadası cəlb olunub. Şəhər meri Kaxa Kaladze hadisə yerinə gəlib.

Mağaza sahibləri öz mallarını xilas etməyə çalışırlar. Hadisə yerinə təcili yardım briqadaları polislər gəlib. Bazara bitişik ərazilər çəpərlənib, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti