...

Türkiyə Ordusu Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə alıb

Dünya xəbərləri Materials 6 Mart 2018 10:13 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə alıb.
Türkiyə Ordusu Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə alıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Yaxın vaxtlarda bu strateji qəsəbənin Türkiyə SQ və "Azad Suriya Ordusu"nun nəzarəti altına keçəcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün Türkiyə Ordusu Cinderesin azad olunması üçün hərəkətə keçib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti