Bakı. Trend:
Braziliyada polis və quldurlar arasında atışma olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin paytaxtı Rio-de-Janeyronun ən böyük favellalarından (xarabalıqlar) biri - Rosinyada baş verib.
Qeyd olunur ki, hadisə nəticəsində ən azı 7 nəfər ölüb.