...

Kanada da rusiyalı diplomatları ölkədən çıxarır

Dünya xəbərləri Materials 27 Mart 2018 09:42 (UTC +04:00)
Kanada XİN-in müvafiq siyahısında adları olan 4 rusiyalı diplomat yaxın 10 gün ərzində ölkəni tərk etməlidir.
Kanada da rusiyalı diplomatları ölkədən çıxarır

Bakı. Trend:

Kanada XİN-in müvafiq siyahısında adları olan 4 rusiyalı diplomat yaxın 10 gün ərzində ölkəni tərk etməlidir.

Trend-in məlumatına görə, bu barədə Kanadanın nəqliyyat naziri Mark Qarno bildirib.

Nazir deyib ki, həmin şəxslər müəyyən müddət nəzarətdə olublar.

Qeyd edək ki, daha öncə Kanadanın XİN rəhbəri Xristiya Friland 4 diplomatın ölkədən çıxarılacağı barədə bildirmişdi. Nazir həmin şəxslərin Rusiya kəşfiyyat xidməti əməkdaşları olmalarını qeyd etmişdi.

Diplomatların ikisi Ottava, ikisi isə Monrealda Rusiya diplomatik korpusunda çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti