Bakı. Trend:
Malinin Bandiaqara şəhərində 5 nəfərdən ibarət bir qrup "La Falaise" ötelinə hücum edib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, naməlum şəxslər otelin girişinə yaxınlaşıb və atəş açmağa başlayıb. Nəticədə bir mühafizəçi həlak olub, 2 nəfər isə yaralanıb.
Bildirilir ki, mühafizəçilərin cavab atəşi açması nəticəsində hücum edənlərdən biri öldürülüb, digərləri isə hadisə yerindən qaçıb.