Bakı. Trend:
Venesuela Avropa İttifaqına onun aktivlərini blokdan çıxarmaq xahişi ilə müraciət edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin XİN rəhbəru Xorxe Arreasa bildirib.
Nazir bildirib: "Venesuela Avropa iqtisadi qurumlarının Venesuela dövlətinin vəsait və tranzaksiyalarını blokdan çıxarılması üçün ədalətli addımların atılmasıı xahiş edir".
Onun sözlərinə görə, Aİ-na xahiş "Donald Trampın administrasiyası tərəfindən Venesuela xalqı və iqtisadiyyatına qarşı tətbiq edilən qeyri-qanuni, birtərəfli və məcburi" tədbirlər qarşısında cəmiyyətin müstəqilliyinə olan ümidə əsaslanır.