Bakı. Trend:
Bu gün Yerevanda davam edən etiraz aksiyaları zamanı Ermənistan polisi 277 nəfəri saxlayıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə Ermənistan polisinin rəsmi nümayəndəsi Edqar Canoyan məlumat verib.
"Hal-hazırda polis şöbələrinə 277 nümayişçi gətirilib", - deyə o bildirib.
Bundan əvvəl etiraz aksiyaları zamanı 232 nümayişçinin saxlanıldığı bildirilib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.