...

Yerevanda etiraz aksiyası bərpa olundu

Dünya xəbərləri Materials 23 Aprel 2018 10:44 (UTC +04:00)

Bakı. Trend:

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər bu gün səhər saatlarından Yerevanın küçələri ilə yürüşləri bərpa ediblər.

Trend-in məlumatına görə, yürüşlər bir sıra etirazçı qruplar tərəfindən keçirilir. Aksiyalardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Hazırda nümayişçilər lidersiz qalıblar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda 2008-ci ildən ölkəyə rəhbərlik edən S.Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aksiyalar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti