Bakı. Trend:
Ukraynanın İnfrastruktur Nazirliyi ölkənin daxili sularının Rusiya gəmiləri üçün bağlanması təklifi ilə çıxış edib.
Trend-in məlumatına görə, nazir müavini Y.Lavrenyuk Rusiya gəmilərinin Ukrayna çaylarında, vacib infrastrukturların yaxınlığında üzməsinin qəbuledilməz olduğunu bildirib.
O bildirib ki, Rusiya gəmilərinin Ukrayna sularına daxil olmasının qadağan olunması ilə bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına müraciət edilib.