Bakı. Trend:
Nigeriyanın Kaduna ştatının Qvaska kəndinə naməlum şəxslər tərəfindən hücum olunub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum edən şəxslər kənddə azı 45 nəfəri qətlə yetirib. Öldürülənlər arasında qadınların və uşaqların olduğu bildirilir.
Bundan əlavə, naməlum şəxslər bir neçə yaşayış evini yandırıb.