...

“Instagram” yenə çökdü - HARADA?

Dünya xəbərləri Materials 10 May 2018 17:03 (UTC +04:00)

Bakı. Trend:

Bir neçə ölkədə istifadəçilər “Instagram” sosial şəbəkəsində qüsurların yarandığını bildirib.

Trend-in məlumatına görə, sosial şəbəkədə səhifəni yeniləməyə çalışarkən “Bölməni yeniləmək mümkün olmadı” mesajı peyda olur.

Qeyd olunur ki, “Instagram”la bağlı nasazlıqlar Rusiya, Avstraliya, Ukrayna, İndoneziya, Ermənistan, Hindistan, İtaliya və Böyük Britaniyada baş verib.

Hələlik şirkət tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.

Xəbər lenti

Xəbər lenti