...

Türkiyə təyyarələri İraqın şimalını vurdu

Dünya xəbərləri Materials 25 May 2018 11:27 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti hava əməliyyatı keçirib.
Türkiyə təyyarələri İraqın şimalını vurdu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti hava əməliyyatı keçirib.

Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Baş Qərargahdan verilən məlumata görə, əməliyyat zamanı İraqın Hakurk rayonunda azı 6 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə bölgədə mayın 22-i həyata keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti