...

Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər

Dünya xəbərləri Materials 8 İyun 2018 17:14 (UTC +04:00)
Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər.
Donald Tramp Məhəmməd Əliyə bəraət verə bilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp mərhum boksçu Məhəmməd Əliyə ölümündən sonra bəraət verə bilər.

Trend-in məlumatına görə, bu barədə D.Tramp özü bildirib.

Qeyd edək ki, Məhəmməd Əli 1967-ci ildə Vyetnam müharibəsi zamanı hərbi çağırışdan yayındığı üçün 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

Bir müddət əvvəl Donald Tramp digər boksçu – 1913-cü ildə irqi ayrı-seçkilik zəminində həbs olunmuş Cek Consona da ölümündən sonra bəraət vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti