...

Londonun şimalında yerləşən xəstəxanada yanğın hadisəsi

Dünya xəbərləri Materials 11 İyun 2018 04:57 (UTC +04:00)

Bakı. Trend:

Yanğın bazar günü axşamı Enfild rayonunda (paytaxtın şimal hissəsində) yerləşən xəstəxanada baş verib. Bu haqda Trend şəhərin xilasetmə xidmətinin veb saytına istinadən xəbər verilir.

"Səkkiz xilasetmə dəstəsi və 58 yanğın söndürən, Enfildə yerləşən xəstəxanada yanğını söndürmək üçün cəlb olunub. Hazırda yanğın iki mərtəbəli binanın birinci mərtəbəsinin kiçik bir hissəsinə yayıldı", xəbərdə deyilir.

Qurbanlar və yanğının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti