...

Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya xəbərləri Materials 17 İyun 2018 03:26 (UTC +04:00)
Kolumbiyada bazar günü prezident seçkilərinin ikinci turu keçiriləcək.
Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bakı. Trend:

Kolumbiyada bazar günü prezident seçkilərinin ikinci turu keçiriləcək. Səs vermə zamanı vətəndaşlar sağçılardan və solçulardan olan namizədlər arasından yeni dövlət başçısını seçməlidirlər.

İlk tur mayın 27 keçirildi. Seçki orqanlarının məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra İvan Duka üçün 39,14% səs, sol qüvvələrdən olan rəqib Gustavo Petro üçün isə 25,08% səs verilib.

Seçkilərə 10 gün qalmış Strateji Latın Amerikası geosiyasət mərkəzinin sorğuların nəticələrinə əsasən, namizədlər arasındakı səs fəqri sadəcə 5.5% təşkil edirdi. Duke üçün respondentlərin 45,5 faizi, respondentlərin 40 faizi isə Petro üçün səs verməyə hazır idi. Kolumbiyada 36,2 milyondan çox insanın səs vermə hüququ var.

Şənbə günündən bazar ertəsi gününə qədər Kolumbiyada “quru qanun” qüvvəyə minir və mitinq və nümayişlərə qadağa elan olunur. Əlavə olaraq, Kolumbiya höküməti seçki zamanı qonşu Venesuela ilə sərhədlərini bağlamağa qərar verdi.

Bakı. Ləman Zeynalova - Trend:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti