...

İsrail yanan toplara cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi

Dünya xəbərləri Materials 18 İyun 2018 23:28 (UTC +04:00)
İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi.
İsrail yanan toplara cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi

Bakı. Trend:

İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi. Bu haqda Trend, ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

Martın sonundan etibarən İsrail ilə Qəzza Zolağının sərhədi boyunca fələstinlilərin etiraz aksiyalarının başlanması ilə yanacaq və ya partlayıcı maddələri olan toplar şəklində yeni bir təhlükə ortaya çıxdı.

Qurğuların primitivliyinə baxmayaraq həmin balonlar geniş əkin və meşə sahələrini yandıraraq İsrailə milyonlarla dollar ziyan vurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti