Bakı. Rufiz Hafizoölu - Trend:
İstanbul akvatoriyasında bütün dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi üzrə Təşkilatdan bildiriblər.
Məlumata görə, dəniz reyslərinin təxirə salınması barədə qərar təhlükəsizlik məqsədilə verilib. Belə ki, hazırda İstanbul akvatoriyasında güclu sıx duman qatı müşahidə olunur.
Təşkilatdan onu da qeyd ediblər ki, şəraitə uyğun olaraq Mərmərə tuneli gücləndirilmiş rejimdə çalışacaq.
Sinoptiklər isə İstanbul akvatoriyasında əlverişsiz hava şəraitinin gün boyu davam edəcəyini proqnozlaşdırıblar.