...

Kubada denqe və Zika virusu ilə yoluxma halları qeydə alınıb

Dünya xəbərləri Materials 1 Avqust 2018 12:07 (UTC +04:00)
Kubanın bir neçə əyalətində denqe xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb
Kubada denqe və Zika virusu ilə yoluxma halları qeydə alınıb

Bakı. Trend:

Kubanın bir neçə əyalətində denqe xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Kubanın Səhiyyə Nazirliyi xəbər verib.

Bu xəstəliklərə yoluxanların sayı barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, 2017-ci ildə denqe xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı.

Bununla belə, ölkənin iki əyalətində bu xəstəlik aşkar edilib. Son bir neçə həftə ərzində azı 10 nəfərin denqedən həyatını itirdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti