...

ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq etdi

Dünya xəbərləri Materials 2 Avqust 2018 09:50 (UTC +04:00)
ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq edib
ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq etdi

Bakı. Trend:

ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq edib. Trend-in məlumatına görə, həmin rəsmilər Türkiyənin Ədliyyə və Daxili İşlər nazirliklərinin rəhbərləridir.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti