...

Kaliforniyada meşə yanğınlarının qurbanlarının sayı artıb

Dünya xəbərləri Materials 10 Avqust 2018 03:15 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb
Kaliforniyada meşə yanğınlarının qurbanlarının sayı artıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb.

Trend-in məlumatına görə, ölənlər arasında yanğının söndürülməsində iştirak edən texniki işçi də olub.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi. Onlardan 2-si yanğınsöndürən, 4-ü isə yerli sakin olub.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları bir neçə həftədir davam edir. Vəziyyət isti hava səbəbindən daha da çətinləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti