...

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Dünya xəbərləri Materials 20 Avqust 2018 14:44 (UTC +04:00)
Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.
Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Bakı. Trend:

2018-ci il martın 1-də Yerevandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti