...

Parisdə piyadalara hücum edən şəxs zərərsizləşdirilib

Dünya xəbərləri Materials 23 Avqust 2018 13:46 (UTC +04:00)
Parisdə piyadalara bıçaqla hücum edən şəxs zərərsiz hala gətirilib.
Parisdə piyadalara hücum edən şəxs zərərsizləşdirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Parisdə piyadalara bıçaqla hücum edən şəxs zərərsiz hala gətirilib.

Trend-in məlumatına görə, hadisə Parisin Trapp kommunesində baş verib. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Bildirilir ki, hücumdan dərhal sonra hadisə yerinə hüquq-mühafizə orqanları gəlib, cinayətkar isə yaxınlıqda olan pavilyonların birinə qaçaraq gizlənib.

Onu həbs etməyə çalışan polis əməkdaşları cinayətkara qarşı odlu silahlardan istifadə edib. Ağır güllə yaraları alan şəxs hadisə yerində ölüb.

Məlumata görə, 30 yaşlı cinayətkar daha əvvəl terrorçuluğa bəraət qazandırdığı üçün məhkum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti