...

Ukraynada helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 04:38 (UTC +04:00)
Ukraynada helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (FHDX) məxsus helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu Ukrayna polisi bildirib. Qeyd olunur ki, bu 6 sentyabr tarixində qəzaya uğrayan ikinci helikopterdi. Bildirilir ki, hadisənin səbəbləri məlum deyil, ölən yoxdur.

Xatırladaq ki, dünən səhər saatlarında Kiyev vilayətinin Truxanov adasında özəl təyyarə qəzaya uğrayıb, nəticədə 2 nəfər xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti