...

Çinli rəsmi Trampa cavab verdi: Bu, hər bir ölkənin öz işidir

Dünya xəbərləri Materials 26 Sentyabr 2018 13:37 (UTC +04:00)
Çin Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ Prezidenti Donald Trampın sosializmlə mübarizə aparmaq çağırışına cavab verib.
Çinli rəsmi Trampa cavab verdi: Bu, hər bir ölkənin öz işidir

Bakı. Trend:

Hər bir ölkə öz inkişaf yolunu və ictimai-siyasi quruluşunu seçmək hüququna malikdir. Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ Prezidenti Donald Trampın sosializmlə mübarizə aparmaq çağırışına cavab olaraq bildirib.

Çinli diplomat qeyd edib ki, belə bəyanatlar "soyuq müharibə" dövründən qalma fikirlərdir.

Qeyd edək ki, D.Tramp ötən gün BMT Baş Assambleyasının tribunasında çıxışı zamanı sosializmlə, xüsusilə Venesuelada mövcud olan sosializmlə mübarizə aparmağa çağırıb.

Çin XİN rəsmisi deyib: "Mən düşünürəm ki, hər bir ölkənin öz inkişaf yolu və ictimai-siyasi quruluşunu seçmək hüquqü var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti