Bakı. Trend:
Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40-a çatıb.
Trend-in məlumatına görə, bu barədə Bududa dairəsinin rəhbəri Uilson Uatira "New Vision" nəşrinə bildirib.
Bududa dairəsinin sakinləri bildirib ki, torpaq sürüşmələrinə səbəb oktyabrın 11-i başlayan güclü yağışlar olub.
Bildirilir ki, təsdiqlənməmiş məlumatlara görə 100-dən çox insan itkin düşüb və ölənlərin sayı arta bilər.
Ölkə prezidenti Yoveri Museveni bildirib ki, hadisə baş verən regiona xilasedicilər göndərilib.