...

Konqoda BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub

Dünya xəbərləri Materials 13 Oktyabr 2018 01:15 (UTC +04:00)
Konqo Demokratik Respublikasının (KDR) şərq hissəsində BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub
Konqoda BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərq hissəsində BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin KDR-da nümayəndəsi Leyla Zerruginin regiondakı sülhməramlı missiyasının əməkdaşlarına göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir: "Mən bu gün sizə yazıram ki, missiyanın rəhbərliyi indicə Beni şəhərində (Şimali Kivu əyaləti) əməkdaşlarımızdan birinin Ebola virusuna yoluxma testinin müsbət nəticə verdiyi bildirim. Hazırda o, lazımi tibbi yardım alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti