...

İƏT-in növbəti iclası İranda keçiriləcək

Dünya xəbərləri Materials 4 Noyabr 2018 15:39 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələrinin 234-cü iclası 5-6 noyabrda Mazandaranda keçiriləcək.
İƏT-in növbəti iclası  İranda keçiriləcək

Bakı. Elnur Bağışov - Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələrinin 234-cü iclası 5-6 noyabrda Mazandaranda keçiriləcək.

Trend-in məlumatına görə, bu sözləri İranın Mazandaran vilayəti valisinin iqtisadi məsələlərinin əlaqələndirilməsi və insan resurslarının inkişafı üzrə müavini Həsən Xeyranpur deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələri, baş katib və xarici heyətlərdən ibarət 45 nəfər iki günlük iclasda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti