...

Aİ şirkətləri ABŞ və ya İranla əməkdaşlıq arasında seçim etmək məcburiyyətində qalacaqlar

Dünya xəbərləri Materials 5 Noyabr 2018 02:17 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının şirkətləri ABŞ və ya İranla əməkdaşlıq arasında seçim etmək məcburiyyətində qalacaqlar.

Trend-in məlumatına görə, bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: "Avropa şirkətlərinə həm ABŞ, həm də İran ilə iş görməyə icazə verilməyəcək".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ avqustun 7-si yenidən İrana qarşı sanksiyalar tətbiq edib. Sanksiyların əsas hissəsinin bu gündən tətbiq ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti