...

XİN: Türkiyə Gürcüstanda keçirlmiş prezident seçkilərinin nəticələrini alqışlayır

Dünya xəbərləri Materials 30 Noyabr 2018 09:34 (UTC +04:00)
Türkiyə Gürcüstanda keçirilən və Salome Zurabişvilinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini alqışlayır.
XİN: Türkiyə Gürcüstanda keçirlmiş prezident seçkilərinin nəticələrini alqışlayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Gürcüstanda keçirilən və Salome Zurabişvilinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini alqışlayır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, bu prezident seçkilərinin nəticələri Türkiyə və Gürcüstan arasında strateji münasibətlərin inkişafına müsbət təsir edəcək.

Qeyd edək ki,noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Salome Zurabişvili 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb. 2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib. Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə “Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti