...

Çində zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 17 Dekabr 2018 01:18 (UTC +04:00)
Çinin Sıçuan əyalətində səhər saatlarında baş vermiş zəlzələ nəticəsində azı 16 nəfər xəsarət alıb.
Çində zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb

Bakı. Trend:

Çinin Sıçuan əyalətində səhər saatlarında baş vermiş zəlzələ nəticəsində azı 16 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, ümumilikdə zəlzələ nəticəsində 378 nəfər təhlükəsiz yerlərə təxliyə edilib, hadisə yerinə 300-dən artıq xilasedici cəlb edilib.

Yeraltı təkanlar bir neçə binanın uçmasına və torpaq sürüşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Çinin Sıçuan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbin şəhər dairəsində, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti