...

Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Dünya xəbərləri Materials 17 Dekabr 2018 03:15 (UTC +04:00)
Gürcüstanda prezident Salome Zurabişvilinin andiçmə mərasimindən sonra yeni Konstitusuya qüvvəyə minib
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Bakı. Trend:

Gürcüstanda prezident Salome Zurabişvilinin andiçmə mərasimindən sonra yeni Konstitusuya qüvvəyə minib.

Trend-in məlumatına görə, yeni Konstitusiyaya əsasən Gürcüstan tam parlament sisteminə keçib.

Yeni Konstitusiyaya əsasən, Gürcüstan prezidenti ölkənin başçısı olaraq qalır, lakin bütün hakimiyyət parlament tərəfindən idarə olunacaq Gürcüstan hökümətinə keçib.

Gürcüstanda prezident nominal fiqura çevrilir və artıq xalq tərəfindən seçilməyəcək. Növbəti dövlət başçısını parlamentin deputatlarından və yerli hakimiyyətin nümayəndələrindən ibarət seçki kollegiyası seçəcək.

Prezidentin "veto", vətəndaşlığın, dövlət mükafatları, hərbi və diplomatik rütbələr və dərəcələrin verilməsi, referendumun təyin edilməsi hüquqları qalır. Bütün qalan qərarlar baş nazirlə məsləhətləşmə tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti