Bakı. Trend:
Suriyada İŞİD terror qruplaşmasının qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olmalıdırlar.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
D.Tramp bildirib: "Suriyaya gəlincə, biz əvvəlcə orada üç ay olmağa hazırlaşırdıq və bu, 7 il bundan öncə idi, - biz ordan getmədik. Mən prezident olanda İŞİD orada vəhşilik edirdi. İndi İŞİD əsasən məğlub edilib və digər yerli ölkələr, o cümlədən Türkiyə, terror qruplaşmasının qalıqları ilə problemsiz məşğul olmaq bacarığında olmalıdırlar. Biz edə qayıdırıq!".
Qeyd edək ki, daha əvvəl D.Tramp Suriyada İŞİD terrorçularının məölub edildiyini və ABŞ hərbçilərinin evə qayıdacağını bildirmişdi.
Daha sonra Pentaqon rəsmisi ABŞ-ın Suriyadan öz hərbçilərinin çıxarılması prosesinə başladığını bildirmişdi: "Koalisiya İŞİD terror qruplaşmasının nəzarət etdiyi bütün əraziləri azad edib, lakin İŞİD-ə qarşı kampaniya yekunlaşmayıb. Biz kampaniyamızın növbəti fazasına keçməklə əlaqədar öz hərbçilərimizin Suriyadan çıxarılması prosesinə başlamışıq".